Pakistanın baş naziri Putinə məktub göndərdi
Pakistanın Baş naziri Şahbaz Şərif Rusiya prezidenti Vladimir Putinə yazılı müraciət edib.
TodayPress TV “RİA”ya istinadən xəbər xəbər verir ki, məktubu Pakistanın xarici işlər üzrə dövlət naziri Seyid Tariq Fatemi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünə gətirib.
"Xüsusi köməkçi həmçinin Baş nazir Şahbaz Şərifin prezident Vladimir Putinə ünvanlanmış məktubunu təqdim edib", - Pakistanın Moskvadakı səfirliyindən bildiriblər.
Məktubda nə yazıldığı açıqlanmayıb.
Nicat Osman