Pakistanın 9 sərnişin güllələnərək öldürüldü

Pakistanın 9 sərnişin güllələnərək öldürüldü
11.07.2025 11:19 Dünya

Pakistanın cənub-qərbində yerləşən Belucistan əyalətində silahlı şəxslər bir neçə sərnişin avtobusunu saxlayaraq insanları qaçırıb, daha sonra isə 9 nəfəri güllələyərək qətlə yetiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadla məlumat yayıb.

Belucistan hökumətinin sözçüsü Şahid Rindan bildirib ki, insident iyulun 10-u axşam saatlarında baş verib. Əyalət rəsmisi Navid Alam isə qətlə yetirilmiş şəxslərin cəsədlərinin ertəsi gün dağlıq ərazidə aşkarlandığını deyib.

Hələlik hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər