Pakistanda partlayış - altı nəfər öldü

Pakistanda partlayış - altı nəfər öldü
08.06.2025 01:34 Dünya
Pakistanın Xayber-Paxtunxva əyalətində qaz balonunun partlaması faciə ilə nəticələnib.

TodayPress TV  xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb.

Belə ki, Mərdan rayonunda baş verən hadisədə iki mərtəbəli yaşayış binasının damı uçub.

Nəticədə altı nəfər ölüb, iki nəfər yaralanıb.

Yeddi saat davam edən xilasetmə əməliyyatından sonra dağıntılar altından 8 nəfər sağ çıxarılıb.
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər