Pakistan İranla sərhədini bağladı

Pakistan İranla sərhədini bağladı
16.06.2025 20:50 Dünya

Pakistan İranla sərhədlərini qeyri-müəyyən müddətə bağlayıb.

TodayPress TV "Arab News" portalına istinadən xəbər verir ki, bu barədə Bəlucistandakı Sərhəd-Buraxılış Məntəqəsinin yüksək rütbəli rəsmisi Qadir Bəxşi Pirkani açıqlama verib.

O deyib ki, Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadar əyalətlərindəki bütün buraxılış postları fəaliyyətini növbəti qəraradək dayandırıb.

Qərar bölgədə gərginliyin getdikcə daha da artması ilə bağlı yüksək ehtimalın mövcudluğu ilə əsaslandırılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər