Özbəkistan Prezidenti Ankarada səfərdədir

Özbəkistan Prezidenti Ankarada səfərdədir
29.01.2026 16:57 Dünya

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.


Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Esenboğa hava limanında Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyevi qarşılayıblar.

Məlumata görə, liderlər Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını keçirəcəklər. Görüşdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə qiymətləndiriləcək.


İki liderin təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərindən sonra keçiriləcək mətbuat konfransında da açıqlama verməsi gözlənilir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər