Ovik Abramyanın ev dustaqlığı ləğv edildi

Dünya

28.07.2025 17:00

Ermənistanın keçmiş Baş naziri Ovik Abramyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə onun vəkili Erem Sarkisyan məlumat verib.

Vəkilin sözlərinə görə, Abramyanın ölkəni tərk etməmək barədə altı illik imzası nəzərə alınıb və bu səbəbdən məhkəmə onun azadlığını məhdudlaşdıran tədbiri inzibati nəzarətlə əvəz edib.

Sarkisyan həmçinin bildirib ki, Antikorrupsiya Komitəsi istintaqı başa çatdıraraq işi məhkəməyə göndərib və bundan sonra barəsindəki tədbir artıq məhkəmə baxışı zamanı müzakirə olunacaq.

Qeyd edək ki, Abramyan iyunun ortalarından etibarən ev dustaqlığında idi. Ona qarşı irəli sürülmüş ittihamlar 2023-cü ilin aprelinə təsadüf edir. İttihamlara əsasən, o, müxtəlif dövlət vəzifələrində çalışarkən 2008–2015-ci illərdə ümumilikdə 230,4 milyon dram (təxminən 590 min dollar) gəlir əldə edib.

Ovik Abramyan çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma və qanunsuz sahibkarlıq fəaliyyəti maddələri ilə ittiham olunur. O, 2014–2016-cı illərdə Ermənistanın Baş naziri, 2012–2014-cü illərdə isə parlament sədri olub.

Töhfə Səməd

tag: Ermənistan,Baş nazir ,Ovik Abramyan,Ev dustaqlığı,Todaypress.tv,