Ötən il dünyada 8,3 milyon hektar meşə sahəsi məhv edildi

Ötən il dünyada 8,3 milyon hektar meşə sahəsi məhv edildi
14.10.2025 20:40 Dünya

Dünyada meşələrin qırılması prosesi sürətlə davam edir. Ötən il 8,3 milyon hektar meşə sahəsi məhv edilib ki, bu da 2022-ci illə müqayisədə 1,7 milyon hektar çoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, 2021-ci ildə Qlazqoda keçirilən BMT İqlim Konfransında 140-dan çox ölkə 2030-cu ilədək qlobal meşə qırılmasını dayandırmağı öhdəsinə götürsə də, proses əks istiqamətdə davam edir. Xüsusilə tropik meşələrin vəziyyətinin daha ağır olduğu bildirilir.

Qeyd olunub ki, hazırda dünyada yalnız 10,6 milyon hektar meşə sahəsində bərpa işləri aparılır. Bu, potensial olaraq bərpa oluna biləcək ərazilərin cəmi 5,4 faizini təşkil edir.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər