Orban-Tramp görüşünün vaxtı açıqlandı

Dünya

30.10.2025 12:21

Macarıstanın baş naziri Viktor Orban noyabrın 7-də ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə səfər edəcək. Görüşdə ikitərəfli münasibətlər və Rusiya-ABŞ sammitinin təşkili məsələləri müzakirə olunacaq.

TodayPress TV “RİA”ya istinadən xəbər verir ki, bu barədə baş nazirin aparat rəhbəri Qergeli Huyas brifinqdə bildirib.

Huyas qeyd edib ki, danışıqlara hazırlıq tam sürətlə gedir. Onun sözlərinə görə, görüşdə enerji, hərbi sənaye, iqtisadiyyat və maliyyə əməkdaşlığına dair ikitərəfli sazişlərin imzalanması gözlənilir.

Xatırladaq ki, Orban bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək sammitin təxirə salınmasına baxmayaraq baş tutacağını bildirmişdi. Lakin o, konkret tarixləri açıqlamaqdan imtina edib.

Nicat Osman


tag: Macarıstan,Viktor Orban,ABŞ,Rusiya-ABŞ,Todaypress.tv,