Qətər: ABŞ Dohaya İsrailin zərbəsi barədə xəbərdarlıq etməyib

Dünya

10.09.2025 10:05

"İsrailin Dohaya zərbələr endirdiyi vaxt Qətər rəsmiləri ABŞ nümayəndəsi ilə əlaqə saxlayıblar. ABŞ tərəfi hücum barədə əvvəlcədən xəbərdarlıq etməyib".

TodayPress TV xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.

O, sosial şəbəkələrdə yayılan Qətər rəhbərliyinin hücum barədə əvvəlcədən məlumatlı olması ilə bağlı iddiaları təkzib edib. Əl-Ənsari qeyd edib ki, ABŞ rəsmisi ilə telefon danışığı partlayış səsləri eşidilən anda baş verib.

Qətərin Daxili İşlər Nazirliyi hücum nəticəsində bir təhlükəsizlik əməkdaşının həlak olduğunu, bir neçəsinin isə yaralandığını açıqlayıb. HƏMAS isə bildirib ki, hücumda təşkilatın Qəzza zolağındakı lideri Humam əl-Hayyanın oğlu da daxil olmaqla 6 nəfər ölüb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,ABŞ,Qətər,Doha,Todaypress.tv,məcid əl-ənsari,HƏMAS,