Orban Avropanın Rusiya aktivlərini dondurmasını müharibə elanı adlandırdı

Dünya

14.12.2025 14:40

Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin (Aİ) Rusiya aktivlərini dondurma qərarını “müharibə elanına bərabər” adlandırıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə“Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.

Baş nazir bildirib ki, Brüsselün Rusiya aktivlərini ələ keçirmək cəhdi 200-300 milyard dollar dəyərində itkilərə səbəb olur və heç bir nəticəsi yoxdur.

Orban izah edib ki, hər bir ölkənin valyuta ehtiyatları var və dövlətlər onları öz ölkələrində saxlaya bilməz. O əlavə edib ki, əgər digər ölkələr bu ehtiyatlara toxunarsa, Macarıstan da onların düzgün istifadəsinə diqqət yetirməlidir. Baş nazir Rusiyanın pullarının Belçikada dondurulduğunu və indi onlara əl uzatmaq istənməsinin təhlükəli olduğunu vurğulayıb.

Avropalılar bu vəsaitdən Ukraynaya “təzminat krediti” vermək üçün istifadə etməyi planlaşdırır və mövzu 19 dekabrda keçiriləcək Aİ sammitində müzakirə olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Orban,Rusiya,Aİ,Aktiv,Todaypress.tv,