Oman İrana nato verdi

Oman İrana nato verdi
12.07.2026 16:54 Dünya

İranın Omandakı səfiri Musa Fərhəngi Oman Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Musəndəm və əl-Vusta vilayətlərində yerləşən ərazilərin pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması ilə bağlı etiraz notası təqdim edilib.

TodayPress TV Oman Xəbər Agentliyinə istinadla xəbər verir ki, etiraz notası Xarici İşlər Nazirliyinin inzibati və maliyyə məsələləri üzrə müavini Şeyx Xalid əl-Məslihi tərəfindən səfirə təqdim olunub.

Oman tərəfi baş verən hadisələri “məsuliyyətsiz hərəkətlər” kimi qiymətləndirərək narahatlığını ifadə edib. Rəsmi Maskat Tehranı dövlətlərin suverenliyinə hörmət etməyə, mehriban qonşuluq prinsiplərinə riayət etməyə, digər ölkələrin daxili işlərinə qarışmamağa, beynəlxalq norma və etik dəyərlərə əməl etməyə çağırıb.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər