“Ən böyük dostumuzu itirdik” - Ben Qvir

“Ən böyük dostumuzu itirdik” - Ben Qvir
12.07.2026 15:10 Dünya

ABŞ senatoru Lindsi Qremin vəfatı ilə əlaqədar ABŞ və İsrail rəsmiləri başsağlığı mesajları yayıblar.

TodayPress TV  bu barədə xarici mediaya istinadən xəbər verir.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, ölkə “ən böyük dostlarından birini itirib”.

İsrailin Baş naziri Benyamin Netanyahu Lindsi Qremi “ABŞ-nin böyük vətənpərvəri” adlandıraraq, onun ölümündən dərin kədər hissi keçirdiyini və “əziz dostunu itirdiyini” deyib.

ABŞ Prezidenti Donald Tramp da senatorun vəfatına münasibət bildirərək, Lindsi Qremin yoxluğunu çox hiss edəcəyini qeyd edib. O əlavə edib ki, vida mərasimi ilə bağlı məlumat daha sonra açıqlanacaq.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər