Norveç enerji içkilərinin satışına yaş məhdudiyyəti tətbiq etdi

Norveç enerji içkilərinin satışına yaş məhdudiyyəti tətbiq etdi
21.08.2025 11:17 Dünya

Norveç hökuməti enerji içkilərinin satışına 16 yaş məhdudiyyəti tətbiq edilməsi barədə qərar verib. 

TodayPress TV yerli mediaya istinadən xəbər verir ki, uzun müddətdir hazırlıq mərhələsində olan bu dəyişiklik 2026-cı ilin əvvəllərində qüvvəyə minəcək.

Norveçin səhiyyə naziri Yan Kristian Vestrenin sözlərinə görə, yeni qaydaya əsasən yaş məhdudiyyətinin pozulması halında ilkin mərhələdə sadəcə xəbərdarlıq ediləcək. Əgər şifahi xəbərdarlıqlar yetərli olmasa, hökumət daha sərt tədbirlər, yəni cərimələr tətbiq edəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər