Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edəcək
Niderland və Belçika Ukraynaya ilk dəfə olaraq iki ədəd mina axtaran gəmi təhvil veriblər.
TodayPress TV xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, gəmilərin təhvilvermə mərasimi Belçikanın "Zeebrügge" hərbi-dəniz bazasında baş tutub.