Nepalda iğtişaşlar zamanı ölənlərin sayı açıqlandı

Dünya

12.09.2025 10:27

Nepalda baş verən kütləvi iğtişaşlar nəticəsində 50-dən çox adam ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşri məlumat yayıb.

Daha əvvəl toqquşmalarda 34 nəfərin öldüyü bildirilirdi.

Belə ki, hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, 51 nəfər həlak olub, 1,3 mindən çox insan xəsarət alıb.

Qeyd edək ki, Katmandu və Nepalın digər şəhərlərindəki iğtişaşlar bu həftənin əvvəlində korrupsiyaya qarşı etirazlar fonunda başlayıb.

Etirazlara əsasən tələbələr və Gen-Z gənclər hərəkatının fəalları rəhbərlik etdiyi bildirilir. 

Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. 

Ölkədə komendant saatı tətbiq edilib.

Orxan Saffari

TodayPress TV

tag: Nepal,İğtişaş,Ölüm,Say,Todaypress.tv,