Paşinyan: “Eçmiədzinin azad olunma vaxtı yetişib”

Dünya

26.10.2025 12:30

Ermənistanın Araqatsotn vilayətindəki Ovanavank məbədində bu gün keşiş Stepan Asatryanın iştirakı ilə ibadət mərasimi keçiriləcək.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, Asatryan Ermənistan Apostol Kilsəsinin intizam komissiyası tərəfindən ruhani rütbəsindən məhrum edilib.

Buna səbəb onun kilsə rəhbərliyini tənqid edən çıxışları və hökumətin siyasətini açıq şəkildə dəstəkləməsi olub.

Eçmiədzin rəhbərliyi Asatryanın ibadət keçirməyə hüququ olmadığını bəyan edib və hakimiyyəti kilsə daxilində parçalanma yaratmaqda ittiham edib.

Baş nazir Nikol Paşinyan isə sosial şəbəkədəki çıxışında “Eçmiədzinin azad edilməsinin vaxtının çatdığını” deyib və Ovanavankdakı mərasimin bu prosesin başlanğıcı olduğunu bildirib.

Mərasim saat 11:00-da keçiriləcək. Ovanavank ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, əlavə polis qüvvələri cəlb olunub.

Jalə Rövşən

TodayPress TV

tag: Ermənistan ,Nikol Paşinyan,Stepan Asatryan,Eçmiədzin ,Todaypress.tv,