ABŞ küçələrinə 35 000 əsgər yerləşdirildi
Dünya
18.09.2025 12:35
ABŞ-də iyul ayından bəri şəhərlərdə yerləşdirilən hərbçilərin sayı 75% artaraq 35 min nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Intercept" məlumat yayıb.
Hərbçilər ölkə daxilində immiqrasiya əleyhinə proqramlarda iştirak edirlər. ABŞ Prezidenti Donald Trampın qərarından sonra Ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu və Milli Qvardiya Arizona, Kaliforniya, Nyu Meksiko, Texas və Floridada yerləşdirilib.
Rəsmi rəqəmlərə görə, təkcə 20 yanvar 2025-ci ildən bəri 23 866 Milli Qvardiya əsgəri ABŞ şəhərlərində xidmətə cəlb olunub.
Bir çox amerikalı ekspertlər bu addımı ABŞ qanunvericiliyinin pozulması kimi qiymətləndirirlər.
Həmçinin bildirilir ki, hərbçilərin yerləşdirilməsi çox böyük maliyyə xərcləri tələb edir və bu xərclərin dəqiq məbləği ictimaiyyətə açıqlanmır.
Türkan İsgəndərli
tag: ABŞ,Hərbçi,Tramp,Qvardiya,Todaypress.tv,