Tramp “The New York Times”a qarşı böhtan iddiası qaldırdı

Dünya

16.09.2025 10:25

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı böhtan və nüfuzdan salma ittihamı ilə məhkəmə iddiası qaldırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” sosial platformasında məlumat verib.

Amerikalı liderin sözlərinə görə, onun üçün “The New York Times” qəzetinə qarşı böhtan və nüfuzdan salma ilə bağlı iddia qaldırmaq böyük bir şərəfdir. Tramp sözügedən nəşri “Sol-radikal Demokrat Partiyasının ruporu” və ölkə tarixindəki “ən pis qəzetlərdən biri” adlandırıb. Trampın bəyanatına əsasən, 15 milyard dollarlıq iddia Florida ştatında qaldırılıb.

Ağ Evin rəhbəri qəzetin 2024-cü il prezident seçkilərində onun rəqibi, həmin vaxt vitse-prezident vəzifəsini daşıyan Kamala Harrisə açıq şəkildə dəstək verdiyini, özünə, ailə üzvlərinə və yaxın ətrafına qarşı isə böhtan atdığını bildirib.

Aysel Mətləb

TodayPress TV 

tag: ABŞ,Qəzet,Donald Tramp,The New York Times,iddia,Todaypress.tv,