NATO Rusiya ilə bağlı ritorikanı yumşaltmağı planlaşdırır
Dünya
25.06.2025 15:56
NATO ölkələri bu gün Rusiyaya yönəlmiş tənqidi ritorikanın yumşaldılması barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Telegraph" nəşri təşkilatın sammiti çərçivəsində hazırlanmış ortaq bəyanat layihəsinə istinadən məlumat yayıb.
NATO-ya üzv ölkələrin liderlərinin bu gün ərzində həmin bəyanatı imzalayacağı gözlənilir.
Məlumata görə, budəfəki sammitin yekun bəyanatı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə qısaldılıb və cəmi 400 sözdən ibarət olacaq.
"Telegraph" yazıb ki, sənədin qısa tutulmasına əsas səbəb ABŞ Prezidenti Donald Trampın istəyi olub. Bəyanatda əsas vurğu hərbi xərclərin artırılması məsələsinə yönəldilib.
Eyni zamanda, layihədə NATO-nun Ukraynaya dəstəyinin davam edəcəyi də vurğulanır. Sənədə görə, Ukraynanın təhlükəsizliyinin gücləndirilməsi və silahlı qüvvələrinin möhkəmləndirilməsi NATO üçün də bir təhlükəsizlik məsələsidir.
Bəyanatın yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Töhfə Səməd
tag: NATO ,Rusiya,Ritorika,Ukrayna,Todaypress.tv,