NATO ordusu Bolqarıstanda toplanır: İrimiqyaslı təlimlər start götürür
NATO-nun "Strike Back 26" təlimləri mayın 26-dan iyunun 13-dək Bolqarıstanda baş tutacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində Bolqarıstan, Rumıniya, ABŞ, Türkiyə quru qoşunlarının bölmələri və NATO-nun çoxmilli qrupu Xaskovo şəhəri yaxınlığındakı "Koren" poliqonunda döyüş atışlı taktiki təlimlər keçirəcək.
NATO hərbi texnikasının Bolqarıstan yolları ilə hərəkəti zamanı onları hərbi polis müşayiət edəcək.
Aysel Mətləb