NATO müdafiə xərclərini 30% artırıb

NATO müdafiə xərclərini 30% artırıb
31.05.2025 19:00 Dünya

Böyük Britaniya Silahlı Qüvvələrinin rəhbəri admiral Toni Radakin bildirib ki, NATO ölkələrinin müdafiə xərcləri son on ildə 30% artıb. 

TodayPress TV xəbər verir ki, bu barədə o, Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik forumunda danışıb.

Radakinə görə, bu artım əsasən Avropa ölkələrinin hərbi büdcələrinin yüksəlməsi hesabına baş verib. O vurğulayıb ki, dünya hazırda qarşıdurma və rəqabətlə dolu, strateji sabitliyin təhdid olunduğu bir dövr yaşayır.

Qeyd edək ki, forumda ABŞ, Avropa İttifaqı, Hindistan, Yaponiya, Pakistan və digər Asiya ölkələrinin hərbi rəhbərləri də iştirak edirlər. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər