NATO ən böyük silah istehsalını təsdiqləyir

NATO ən böyük silah istehsalını təsdiqləyir
05.06.2025 16:50 Dünya

NATO ölkələri Soyuq Müharibədən bəri ən böyük silah artımını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “DPA” xəbər agentliyi məlumat yayıb. 

Bildirilib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə əldə olunan razılaşma yaxın illərdə çəkindirmə və müdafiə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur. 

NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, əsas prioritetlərə uzaqmənzilli silah sistemləri, hava hücumundan müdafiə və quru qoşunları daxildir.

Agentlik qeyd edir ki, ayrı-ayrı NATO ölkələrinə yaxın gələcəkdə birgə çəkindirmə və müdafiəyə necə töhfə vermələri barədə aydın təlimatlar veriləcək.

Nicat Osman

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər