Murat Nurtleu Qazaxıstan XİN rəhbəri vəzifəsindən azad edildi

Murat Nurtleu Qazaxıstan XİN rəhbəri vəzifəsindən azad edildi
26.09.2025 09:08 Dünya

Murat Nurtleu Qazaxıstanın xarici işlər naziri vəzifəsindən azad edilib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

Tokayev 2020-2023-cü illərdə Rusiyada səfir vəzifəsində çalışmış Ermek Koşerbayevi xarici işlər naziri təyin edib.

Keçmiş xarici işlər naziri Murat Nurtleu isə Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Murat Nurtleunun saxlanıldığı xəbəri yayılıb. Lakin sonradan onun tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər