Moskva və Kiyev əsir mübadiləsini davam etdirir

Moskva və Kiyev əsir mübadiləsini davam etdirir
24.05.2025 15:08 Dünya

Mayın 24-də Moskva və Kiyev yeni əsir mübadiləsi həyata keçiriblər. 

TodayPress TV xəbər verir ki, ikinci mərhələ çərçivəsində Rusiya Federasiyası 307 hərbi qulluqçu qəbul edib və eyni sayda döyüşçünü Ukraynaya qaytarıb.   

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, genişmiqyaslı mübadilə davam etdiriləcək.   

Qeyd edək ki, mayın 23-də Moskva 270 hərbçi və 120 mülki şəxsi Kiyevə; Ukrayna isə 120 mülki vətəndaşı və 270 əsgəri Rusiyaya təhvil verib.   

Nicat Osman

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər