Merts: “İsrailin cəsarəti hörmət doğurur”
"İsrailin İrana qarşı hərbi əməliyyatları Qərb dünyasının ümumi maraqları naminə həyata keçirilir".
TodayPress TV xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bu sözləri “Zeit” nəşrinə açıqlamasında deyib.
“Bu, İsrailin hamımızın əvəzinə etdiyi işdir”, – deyə Mers vurğulayıb.
O, rəsmi Tehranın Rusiyaya kamikadze dronları və digər hərbi dəstək verdiyini iddia edib.
“Yalnız onu deyə bilərəm ki, İsrail ordusunun və hökumətinin bu addımı atmağa cəsarəti olması məndə dərin hörmət doğurur”, – deyə Almaniya kansleri bildirib.
Qiymət Mahir