Merts: "İsrail Fələstinliləri zorla köçürməməlidir"

Merts: "İsrail Fələstinliləri zorla köçürməməlidir"
29.07.2025 16:46 Dünya

Almaniya kansleri Fridrix Merts İsrailə çağırış edib. O bildirib ki, Fələstin əhalisinin zorla köçürülməsi və İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı heç bir yeni addım atılmamalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə o, Berlində İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Merts vurğulayıb ki, bu məsələlərlə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə birbaşa əlaqə saxlayıb. Kansler Almaniyanın bu məsələdə mövqeyinin açıq və qəti olduğunu qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər