Merts: “Çin tezliklə hərbi cəhətdən ABŞ-yə çatacaq”
Almaniya kansleri Fridrix Merts Çinin yaxın gələcəkdə hərbi cəhətdən ABŞ-yə çata biləcəyini bildirərək, ABŞ-nin qlobal liderliyinin artıq şübhə altında olduğunu vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Merts Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən qeyd edib ki, Çin illərdir ki, strateji səbrlə bunun təməlini qoyur.
"Amerika Birləşmiş Ştatlarının liderlik iddiası hər halda mübahisəlidir, hətta məğlub olmasa belə",- deyə Kansler əlavə edib.
Aysel Mətləb