Merts Ağ Evdəki missiyasını yerinə yetirə bilmədi
Dünya
06.06.2025 09:50
Almaniya kansleri Fridrix Merts ABŞ-yə səfəri zamanı Ağ Evdə səmimi qarşılanmasına baxmayaraq, Vaşinqtonu Ukraynaya daha geniş dəstəyə razı salmaqda uğursuzluğa düçar olub.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məqaləyə görə, Merts Vaşinqtona Ukraynanın müdafiəsində ABŞ-nin daha fəal rol almasını təmin etmək ümidi ilə səfər etmişdi. Lakin səfər çərçivəsində keçirilən mətbuat konfransında Tramp daha çox daxili və xarici siyasətə dair müxtəlif məsələlərdən, o cümlədən İlon Maskdan danışıb.
Ukrayna mövzusu gündəmə gələndə isə Tramp sözü Mertsə verib, lakin bir qədər sonra yenidən danışmağa başlayaraq öz prezidentlik dövründə ABŞ-nin uğurlarından bəhs edib.
Oval kabinetdə jurnalistlərə açıqlama verən Merts bildirmişdi ki, həm o, həm də Tramp münaqişənin tezliklə başa çatmasını arzulayır.
“The New York Times” həmçinin yazıb ki, Tramp Mertsi “qonaq evi”ndə, içində çəhrayı yataq otağı olan binada yerləşdirib.
Qiymət Mahir
tag: Fridix Merts,Ukrayna,ABŞ,Donald Tramp,todaypress.tv,