Meloni: "İtaliya Ukraynaya qoşun göndərməyəcək"
İtaliya Ukraynaya qoşun göndərməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Ciorcia Meloni “istəklilər koalisiyası”nın liderləri ilə keçirilən görüşdən sonra bəyanat yayıb.
O bildirib ki, Roma Ukraynaya hərbi qüvvə yollamaq niyyətində deyil. Lakin ölkə potensial atəşkəsi Ukraynadan kənarda monitorinq və təlim təşəbbüsləri ilə dəstəkləməyə hazırdır.
Qeyd edək ki, sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və “istəklilər koalisiyası”nın liderləri videokonfrans keçirib.
Türkan İsgəndərli