Medvedev: İrandan qisas alınacaq

Medvedev: İrandan qisas alınacaq
20.06.2026 11:40 Dünya

“ABŞ-İran razılaşmasından narazı qalan İsrail Tehrandan qisas alacaq”.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Nəhayət, çox danışılan ABŞ-İran “saziş”i baş tutdu. Söz yığınını bir kənara qoysaq, məlum oldu ki, İran dövlətinin rəhbərinin (Əli Xameneini nəzərdə tutur – red.) öldürülməsinə və dağıdıcı raket zərbələrinə baxmayaraq, Tehran Vaşinqtonla bu müharibədə məğlub olmadı.

Üçüncü tərəf - İsrail İran rejiminin tamamilə məhv ediləcəyi ilə bağlı gözləntilərinin puç olmasından narazıdır. Buna görə də qisas almağa çalışacaq və bu məsələdə Trampı dinləməyəcək”, - Rusiya rəsmisi vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər