Makronun reytinqi tarixi minimuma düşdü

Dünya

15.09.2025 16:22

Fransa Prezidenti Emmanuel Makronun sentyabr ayındakı təsdiq reytinqi rekord səviyyədə aşağı düşüb.

TodayPress TV xəbər verir ki, "Le Journal du Dimanche" (JDD) qəzetində dərc olunan və Fransız İctimai Rəy İnstitutu (IFOP) tərəfindən aparılan sorğunun nəticələrinə görə, respondentlərin cəmi 19%-i Makronun fəaliyyətindən razıdır. 

Bu, avqust ayına nisbətən 5 faiz bəndi azdır və sorğuların aparıldığı bütün tarix ərzində ən aşağı göstərici hesab olunur. Sorğuda iştirak edənlərin ən azı 81%-i prezidentin işindən narazılıqlarını ifadə edib, onlardan 50%-i “çox” narazı olduğunu, 31%-i isə “daha çox” narazı olduğunu bildirib. Narazılıq ən çox kiçik ticarətçilər, sahibkarlar və 65 yaşdan yuxarı vətəndaşlar arasında artıb. 

Sorğuda iştirak edənlərin sayı və aparılma müddəti açıqlanmayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Makron,Fransa,Reytinq,Minimum,Todaypress.tv,