Makronun heykəli oğurlandı

Makronun heykəli oğurlandı
02.06.2025 21:10 Dünya

Parisin 9-cu rayonundakı Qrevin muzeyindən Fransa prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.

TodayPress TV xəbər verir ki, səhər saatlarında muzey işçisi paltarı geyinmiş iki qadın və bir kişi heykəli ədyala bükərək binadan çıxarıblar. Daha sonra naməlum şəxs muzeyə zəng edərək özünü "Greenpeace" fəalı kimi təqdim edib və oğurluğa görə məsuliyyəti öz üzərinə götürüb. Qrevin rəhbərliyi cinayət barədə polisə məlumat verib. Oğurlanan heykəlin dəyəri 40 min avro dəyərində qiymətləndirilir.

"Greenpeace" fəalları Fransanın Rusiya ilə iqtisadi əlaqələrinə etiraz olaraq Makronun oğurlanmış heykəlini Rusiya səfirliyi qarşısında quraşdırıblar.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər