Makron və Merts: “Rusiya Avropa üçün ən böyük təhlükədir”

Dünya

24.06.2025 09:44

Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Fridrix Merts "Financial Times" qəzetində birgə məqalə ilə çıxış edərək Rusiyanı Avropanın sabitliyi üçün “ən böyük təhdid” adlandırıblar və Avropanın təhlükəsizliyini qorumaqda qətiyyətli olduqlarını vurğulayıblar.

TodayPress TV xəbər verir ki, məqalədə Rusiya “digər ölkələri qeyri-sabitliyə sürükləməyə və mövcud dünya nizamını sarsıtmağa çalışan güc” kimi xarakterizə olunur.

Hər iki lider Avropa İttifaqının Ukraynaya dəstəyinin davam edəcəyini də açıq şəkildə bildiriblər.

Makron və Merts həmçinin qeyd ediblər ki, Avropa terrorizmlə mübarizə aparmalı, öz milli ərazilərini və qlobal maraqlarını müdafiə etməlidir:

“Biz bu çağırışlara cavab verməliyik. Bunu bizdən kiminsə istədiyinə görə yox, uzaqgörən olduğumuza və öz vətəndaşlarımız qarşısında məsuliyyət daşıdığımıza görə etməliyik".

Qiymət Mahir

tag: Emmanuel Makron,Fransa ,Fridrix Merts,Almaniya,Todaypress.tv,