Macarıstanda son 30 ilin ən böyük elektrik kəsilməsi baş verdi

Dünya

08.07.2025 15:02

Macarıstanda qasırğa on minlərlə insanı işıqsız qoyub.

TodayPress TV xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu barədə özünün “Facebook” səhifəsində yazıb. 

“Dünənki fırtına ölkəyə ciddi ziyan vurub. 366 min ev işıqsız qalıb, lakin bu gün səhərə qədər biz bu rəqəmi 50 minə endirə bildik. Elektrik təchizatı şirkətləri problemlərin aradan qaldırılması üçün fasiləsiz işləyirlər”, - o yazıb. 

Macarıstan Daxili İşlər Nazirliyi də öz növbəsində bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən ağaclar qoparılıb, yaşayış və inzibati binaların damları uçub, reklam konstruksiyaları dağıdılıb.

Qeyd edək ki, iyulun 8-i səhər saatlarında Macarıstanda son 30 ilin ən böyük elektrik kəsilməsi baş verib.   

Nicat Osman

tag: Macarıstan,Elektrik,Kəsilmə,Orban,Todaypress.tv,