Lyayen Avropa Komissiyasının sədri postunu itirə bilər

Lyayen Avropa Komissiyasının sədri postunu itirə bilər
03.07.2025 10:19 Dünya

Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinə baxmağa hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Etimadsızlıq təşəbbüsünün müəllifi ifrat sağçı rumıniyalı deputat Corc Piperea olub. O, Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) fraksiyasının üzvü və Rumınların Birliyi Alyansı (AUR) partiyasının rəhbəridir.

Piperea ilkin olaraq 74 deputatın imzası ilə təşəbbüs irəli sürüb. Sonradan bəzi deputatlar imzalarını geri çəksələr də, o bildirib ki, imzalayanların sayı 79-a çatıb. Bu da məsələnin Avropa Parlamentinin gündəliyinə daxil edilməsi üçün kifayətdir.

Təşəbbüs müəllifi fon der Lyayeni COVID-19 pandemiyası dövründə Pfizer şirkətinin baş direktoru Albert Bourla ilə peyvəndlərlə bağlı apardığı gizli yazışmalara görə ittiham edir. Onun sözlərinə görə, bu yazışmalar şəffaflıq prinsiplərinə ziddir.

Qeyd edək ki, Ursula fon der Lyayen 2024-cü ildə Avropa Komissiyasının sədri postuna ikinci müddətə namizədliyini irəli sürüb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
04 IYUN 2026
SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 Bütün Xəbərlər