Luvr muzeyinin əşyaları ilə bağlı saxta elanlar verildi

Luvr muzeyinin əşyaları ilə bağlı saxta elanlar verildi
22.10.2025 19:15 Dünya

Fransada məşhur "Vinted" onlayn platformasında Luvr muzeyindən oğurlanmış zinət əşyaları ilə bağlı saxta elanlar peyda olub. 

TodayPress TV xəbər verir ki, bu elanlarda məşhur tarixi əşyalar, məsələn, imperatriçə Mari-Luizəyə məxsus zümrüdlü broş və imperatriçə Yevgeniyanın tacı guya satışa çıxarılıb. 

Bu əşyaların bəziləri artıq tapılıb və muzeyə qaytarılıb. Satıcılar brend bölməsində “Napoleon” və ya “əl işi” kimi qeydlər ediblər. Sayt artıq bu cür elanları aktiv şəkildə silir.

Hadisə oktyabrın 19-da baş verib. Luvrun Apollon qalereyasına hücum edən şəxslər doqquz qiymətli əşyanı oğurlayıblar. Ziyanın ümumi dəyəri 88 milyon avro olaraq qiymətləndirilir. Cinayətkarlar hələ axtarışdadır.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər