Lukaşenko ABŞ və Belarus münasibətlərindən danışdı
Dünya
31.07.2025 13:34
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-də Donald Trampın prezidentliyə qayıdışının Minsk və Vaşinqton arasında münasibətlərin yaxşılaşması üçün fürsət yaratdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb.
"Amerikalılarla son təmaslar göstərdi ki, onlar dinləməyə hazırdırlar. Biz də tərəfimizdən hər hansı təlaş yaratmırıq. Trampın qayıdışı münasibətlərin yaxşılaşması üçün bir fürsət pəncərəsi açıb. Ola bilər ki, amerikalıların yaratdığı və dünya bazarlarında işimizə mane olan bəzi qarışıqlıqlar aradan qaldırılsın", - o bildirib.
Qeyd edək ki, bu ilin iyun ayının sonunda Lukaşenko ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşmüş və Trampı “açıq və dürüst” şəxs kimi xarakterizə edib. Görüş iyunun 21-də Minskdəki Müstəqillik Sarayında baş tutub.
Türkan İsgəndərli
tag: Belarus,Tramp,ABŞ,Lukaşenko,Todaypress.tv,