Los Ancelesdəki iğtişaşlara qarşı daha sərt tədbirlər görülə bilər
Dünya
12.06.2025 02:54
"Los Ancelesdə vəziyyəti sabitləşdirmək üçün daha qətiyyətli addımlar tələb olunarsa, ABŞ administrasiyası tərəddüd etməyəcək".
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin Baş prokuroru Pem Bondi "CNN"ə açıqlamasında deyib.
“Hazırda Kaliforniyada yaxşı vəziyyətdəyik. Daha da irəli getməkdən qorxmuruq. Başqa bir şey etmək lazım gəlsə, qorxaq davranmayacağıq”, - deyə o,bildirib.
Bondinin sözlərinə görə, administrasiya Los Ancelesdə qüvvədə olan komendant saatının gərginliyi azaltmağa kömək edəcəyinə ümid edir. Bununla belə, o, federal orqanların da hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.
İyunun 9-da Daxili Təhlükəsizlik Departamentindən bildirilib ki, ICE indi immiqrasiya pozuntularına görə gündə 2 min nəfəri saxlayır. Halbuki 2024-cü ildə əvvəlki ABŞ Prezidenti Co Baydenin dövründə bu rəqəm 311 nəfər idi.
tag: ABŞ, Pem Bondi, Los Anceles, İCE, todaypress.tv,