Lukaşenko Trampın xahişi ilə 14 məhbusu əfv edib
Dünya
11.09.2025 16:10
Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampın xahişi ilə 14 əcnəbi məhbusu əfv edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Pool of the First” Telegram kanalı məlumat yayıb.
Sözügedən bəyanatda deyilir:
“Belarus prezidenti xoşməramlılıq jesti və humanizm prinsiplərinə əsaslanaraq bir sıra xarici vətəndaşları əfv etmək qərarına gəlib”.
Mətbuat xidmətinin məlumatına görə, əfv olunanlar arasında Belarusda casusluqda, ekstremist və terrorçu fəaliyyətdə iştirakda, o cümlədən respublika ərazisində digər cinayətlər törətdiklərinə görə cəza çəkən məhbuslar da var.
Əfv olunanlar arasında altı Litva, iki Latviya, Polşa və Almaniya vətəndaşı, həmçinin bir Fransa və bir Böyük Britaniya vətəndaşı da var.
Daha əvvəl bildirilmişdi ki, Belarus lideri ABŞ administrasiyasının nümayəndəsi Con Koul ilə respublikada məhkum olunmuş bir sıra şəxslərin azadlığa buraxılması üçün “qlobal razılaşma”nın mümkünlüyünü müzakirə edib.
Lukaşenko mövzunun müzakirəsinin əleyhinə olmadığını bildirib, lakin qeyd edib ki, Belarusda mühakimə olunanların hamısı siyasi fəaliyyətə görə deyil, cinayət əməllərinə görə cəzalandırılıb.
Belarus lideri Amerika tərəfinə hər bir iş üzrə ətraflı məlumat verməyi təklif edib.
Orxan Saffari
tag: Todaypress.tv,