Londonda konsertdə faciə: Tamaşaçı yuxarı tribunadan yıxılaraq öldü

Londonda konsertdə faciə: Tamaşaçı yuxarı tribunadan yıxılaraq öldü
04.08.2025 07:00 Dünya

Londondakı məşhur Vembli Arenasında keçirilən Oasis qrupunun konsertində təxminən 40 yaşlarında olan bir kişi tribunadan yıxılaraq həyatını itirib.

TodayPress TV xəbər verir ki, hadisə barədə Britaniya KİV-ləri məlumat yayıb.

Polisin verdiyi ilkin məlumata görə, kişi yuxarı tribunanın birindən yıxılıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, o, arenanın ən yüksək oturacaq sıralarından yerə düşüb. 

Hadisə konsertin sonlarına yaxın baş verib. Təcili yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər