Livanda keçmiş erməni nazirin həbsi gündəmdədir
Livanda sabiq memarlıq və sənaye naziri Corc Puçikyanın həbs edilə biləcəyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli erməni nəşri “Arevelk” məlumat yayıb.
Məlumata görə, Puçikyanın mənzilində və Nazirliyin əsas əməkdaşlarının evlərində axtarış aparılıb.
Sabiq nazir dindirməyə çağırılsa da, səhhətindəki problemləri əsas gətirərək müstəntiqlərin qarşısına çıxmayıb.
“Arevelk” qeyd edir ki, qarşıdakı günlərdə bu iş üzrə maraqlı proseslər gözlənilir. Hazırda Puçikyanın nədə şübhəli bilinməsi barədə rəsmi açıqlama verilməyib.
Qiymət Mahir