Litvanın sabiq prezidenti xəstəxanaya yerləşdirildi
Litvanın 98 yaşlı keçmiş prezidenti Valdas Adamkus yoluxucu xəstəlik şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.
Bildirilir ki, Adamkus sentyabrın 25-i axşam saatlarında səhhətində problem hiss edərək klinikaya müraciət edib. Hazırda vəziyyətinin stabil olduğu qeyd olunub.
Adamkus 1998-2003 və 2004-2009-cu illərdə Litva Respublikasının prezidenti olub.
Türkan İsgəndərli