Litva İsraildəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır

Litva İsraildəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır
13.06.2025 18:20 Dünya

Litva hakimiyyəti İsraildə yaşayan vətəndaşlarını təxliyə etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Krizis İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas məlumat verib.

Onun sözlərinə görə, hazırda Litvanın İsraildəki səfirliyi ölkədə olan vətəndaşların dəqiq sayını müəyyən etmək üçün intensiv şəkildə işləyir.

“Hazırda əlimizdə olan məlumata görə, İsraildə 255 Litva vətəndaşı var. Onlar xüsusi veb-səhifədə və ya mobil tətbiqlər vasitəsilə qeydiyyatdan keçirlər,” – deyə Vitkauskas bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər