Litva-Belarus sərhədi yenidən açıla bilər

Dünya

05.11.2025 15:09

Litva parlamentinin sədri Yuozas Olekas bəyan edib ki, hava şarları ilə bağlı vəziyyətin sabitləşməsi və problemin tam həll olunması halında Litva ilə Belarus arasında bağlanmış sərhədlər yenidən açıla bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "LRT" xəbər yayıb.

“İndi görülən tədbirlər nəticə verir. Son günlər hava şarları müşahidə olunmur. Belarus rejiminin reaksiyasından asılı olmayaraq, biz həyatın normal axarına qayıtmasını və sərhədlərin bir gün yenidən açılmasını istəyirik”, – Olekas bildirib.

Xatırladaq ki, oktyabrın 24-də Litvanın Baş naziri İnqa Ruqiniene Belarusla fəaliyyət göstərən son iki sərhəd-keçid məntəqəsinin bağlandığını elan edib. Keçidlər oktyabrın 25-i günortaya qədər bağlı qalıb.

Vilnüs bu addımı Belarus ərazisindən göndərilən hava şarları vasitəsilə siqaret qaçaqmalçılığı ilə əlaqələndirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Litva,Belarus,Sərhəd,Şərt,Todaypress.tv,