Lavrova Şərifin Putinə ünvanladığı məktubu təqdim edildi
Pakistanın Baş nazirinin xüsusi köməkçisi Səid Tariq Fatemi Rusiya xarici işlər naziri Sergey Lavrova ölkə Baş naziri Şahbaz Şərifin prezident Vladimir Putinə ünvanladığı məktubu təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Pakistanın Rusiyadakı səfirliyi yayıb.
Məktubun məzmunu açıqlanmasa da, tərəflər arasında ikitərəfli əlaqələrin və regional məsələlərin müzakirə olunduğu bildirilir.
Qiymət Mahir