Küçədən pul tapan yaşlı qadın həbs olundu

Dünya

02.05.2026 07:00

Yaponiyada küçədə tapdığı pulqabını mənimsəyən və bu barədə polisə məlumat verməyən yaşlı qadın həbs olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Japan Today" nəşri məlumat yayıb.

Hadisə Tottori prefekturasının Misasa qəsəbəsində qeydə alınıb.

Polisdən verilən məlumata görə, 71 yaşlı təqaüdçü küçədə 60 yaşlı kişinin cibindən düşən pulqabını tapıb. Cüzdanda 37 min yen (təxminən 400 manat) nağd pul olub. Qadın pulu götürsə də, sahibini tapmaq üçün polisə müraciət etməyib.

Yaşlı qadının başqasına məxsus əşyanı götürdüyünü görən şahidin polisə zəng etməsindən sonra axtarışlara başlanılıb. Asayiş keşikçiləri müşahidə kameraları vasitəsilə pensiyaçının izini müəyyən edərək onu saxlayıblar.

TodayPress TV

tag: Yaponiya,Həbs,Pul,Qərar,Todaypress.tv,