10 milyard işıq ili uzaqda iki nəhəng qara dəlik birləşdi

Maraqlı

14.07.2025 19:45

Alimlər kosmosda Günəşin 265 qatı kütləsində olan yeni bir qara dəliyin yaranmasını qeydə alıblar. 

TodayPress TV xəbər verir ki, bu, indiyə qədər müşahidə olunan ən böyük qara dəlik birləşməsi hesab olunur.

Məlumata görə, hər biri Günəşin 100 qatı kütləsində olan iki qara dəlik milyardlarla il əvvəl bir-birinin ətrafında fırlanmağa başlayıb və nəhayət birləşərək bu nəhəng qara dəliyi yaradıb. Hadisə Yerdən təxminən 10 milyard işıq ili uzaqlıqda baş verib.

Qara dəliklərin toqquşması zamanı yaranan kütlə çəkim dalğaları 2023-cü il 23 noyabrda ABŞ-də yerləşən "LIGO" rəsədxanası tərəfindən qeydə alınıb. Siqnal cəmi bir saniyədən də az çəkib.

Alimlər bildirirlər ki, birləşən qara dəliklərin kütləsi 103 və 137 Günəş kütləsi olub. Bu aralıq, qara dəliklərin yaranması üçün adi sayılmayan kütlə bölgəsidir. Bu isə alimlər üçün böyük maraq doğurur.

Hazırda elm adamları hesab edir ki, bu nəhəng qara dəlik əvvəllər baş vermiş digər qara dəlik birləşmələrinin nəticəsidir.

Türkan İsgəndərli

tag: Kosmos,Qara dəlik,Günəş,Qalaktika,Todaypress.tv,