Kremlin Tramp-Mask qarşıdurmasına qarışmaq fikri yoxdur
Rusiya ABŞ prezidenti Donald Tramp ilə onun keçmiş müşaviri İlon Mask arasında yaşanan qalmaqala qarışmaq niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "TASS"-ın sualını cavablandırarkən bildirib.
“Bu, ABŞ-nin daxili məsələsidir. Əminik ki, ABŞ Prezidenti bu vəziyyəti özü həll edəcək. Biz bu məsələyə heç bir şəkildə müdaxilə etməyi və ya şərh verməyi planlaşdırmırıq”, - deyə Peskov vurğulayıb.
Töhfə Səməd