Kreml açıqladı: Zelenski və Putin arasında görüş bir halda baş tuta bilər

Dünya

23.07.2025 14:57

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüşün baş tutması yalnız Kiyev və Moskva arasında memorandum layihələrinin razılaşdırılmasından sonra mümkün ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

Peskovun sözlərinə görə, bu məsələdə ilkin şərt – tərəflər arasında hüquqi əsaslı sənədlərin üzərində razılığa gəlməkdir:

“Memorandumların razılaşdırılması ilə bağlı aparılan bütün işlər – bu, görüşə hazırlıq deməkdir. Bu baxımdan, bəli, bu istiqamətdə iş aparılır”, - deyə o, jurnalistlərin “Moskva Zelenski-Putin görüşünü müzakirə etməyə hazırdırmı?” sualına cavab verib.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski,Rusiya,Putin,Todaypress.tv,