KİV: "Ukrayna məsələsində əsas maneə Avropadır"
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasında Avropa ölkələrinin mövqeyini əsas maneə kimi qiymətləndirirlər.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Telekanal bildirir ki, Tramp Avropa liderlərinin Rusiyaya qarşı sanksiyaların və hərbi təzyiqlərin artırılması ilə bağlı çağırışlarına cavab olaraq, onlardan Rusiyadan enerji alışını dayandırmağı tələb edib.
Sentyabrın 4-də Volodimir Zelenski və Avropa liderləri ilə keçirilən telefon danışığında Tramp onları "Rusiyanı qınamaqdan çox", Ukrayna münaqişəsinin həlli üçün daha fəal addımlar atmağa çağırıb.
Türkan İsgəndərli